Polis paytaxtın müxtəlif rayonlarında silah-sursat aşkarlayıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
AzTurkxeber.az xəbər verir ki, növbəti profilaktik tədbirlər nəticəsində 3 nəfər könüllü olaraq 2 avtomat silahı, 1 tapança və 13 patronu polisə təhvil verib.
Həmçinin, paytaxtın ayrı-ayrı rayonlarında ümumilikdə 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 8 patron polis əməkdaşları tərəfindən tapılaraq götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: