azturkxeber.az
http://azturkxeber.az

Göyçay sakininin tövləsi, avtomobili, qab-qacağı yandı

12-05-2025

Göyçay rayonunun Çərəkə kəndində güclü yanğın hadisəsi baş verib. Hadisə nəticəsində kənd sakini, 56 yaşlı Şirinov Sahib Mikayıl oğluna məxsus əmlaka ciddi ziyan dəyib.

Azturkxeber.az xəbər verir ki, yanğın ilkin olaraq həyətdə yerləşən 200 kvadratmetrlik tövlədə başlayıb. Alov qısa zamanda genişlənərək ümumi sahəsi 300 kvadratmetr olan talvara keçib. Nəticədə talvarın yanar konstruksiyaları, orada dayanan “Ford Transit” markalı yük avtomobili, tövlənin içərisində olan ot bağlamaları, elektrik generatoru və toy sifarişləri üçün nəzərdə tutulmuş qab-qacaq tamamilə yanaraq külə dönüb. Tövlənin 100 kvadratmetrlik hissəsi isə alovdan mühafizə olunub.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031