azturkxeber.az
http://azturkxeber.az

DƏMX beynəlxalq müsabiqədə üç nominasiya üzrə qalib seçilib

12-05-2025

DƏMX beynəlxalq müsabiqədə üç nominasiya üzrə qalib seçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən “Global Tech Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə qalib seçilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən göstərdiyi xidmətlər və bu istiqamətdəki innovativ addımları müsabiqənin tədqiqat komandası tərəfindən yüksək qiymətləndirilib.

DƏMX "Green Technology", "Government Technology" və "HR Technology" nominasiyaları üzrə fərqlənərək qaliblər sırasında yer alıb.

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Vyetnam, Almaniya, Rumıniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrdən layihələr də iştirak edib.

Qeyd edək ki, bu il xidmət ümumilikdə 17 beynəlxalq mükafata layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031