azturkxeber.az
http://azturkxeber.az

Bakıda səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı

12-05-2025

Bakıda “Son zəng” üçün pul tələb etdiyi deyilən məktəb direktorunun səs yazısı sosial şəbəkələrdə yayılıb.

Azturkxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı araşdırma aparan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktorun fəaliyyətində ciddi nöqsanlar aşkar edib. Nəticədə 207 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.

Agentlik bildirib ki, təhsil müəssisələrində şəffaflıq və sağlam mühitin qorunması əsas prioritetlərdəndir və belə hallar yolverilməzdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031