azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Efiopiya parlamentarilərinin onlayn görüşündə

12-05-2025

Mayın 12-də Azərbaycan və Efiopiya parlamentlərinin qarşılıqlı dostluq qrupları arasında onlayn görüş keçirilib.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, onlayn görüşdə Milli Məclisin Efiopiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Vəliyeva çıxış edərək iştirakçıları salamlayıb, Milli Məclisin Efiopiya ilə parlamentlərarası əlaqələrin inkişafına önəm verdiyini bildirib. O, ölkələrimiz arasında əlaqələrin dərinləşməsində dostluq qruplarının rolundan danışıb, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə Efiopiya Parlamenti Xalq Nümayəndələr Palatasının Efiopiya-Azərbaycan parlament, diplomatiya və dostluq qrupunun rəhbəri xanım Bethelhem Lakyu Sisay Efiopiyanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu deyib, parlament əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində əhəmiyyətindən danışıb.
Sonra görüş parlamentlərarası əlaqələrimizin mövcud durumu, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi ilə davam etdirilib.
Videokonfransda Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Zaur Şükürov, efiopiyalı parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031