azturkxeber.az
http://azturkxeber.az

Dövlət Xidmətində Ulu Öndərin xatirəsinə həsr olunan tədbirlər keçirilib

10-05-2025

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ümummilli liderin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib.

7 may 2025-ci il tarixdə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin ərazisində ağacəkmə aksiyası baş tutub. Tədbirdə Dövlət Xidmətinin şəxsi heyəti iştirak edib.

8 may 2025-ci il tarixdə Dövlət Xidmətinin İnzibati binalarında şəxsi heyətin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Məruzə-çıxış zamanı müstəqil Azərbaycanın memarı Ulu Öndərin milli dövlətçilik tariximizdəki xidmətləri, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının inkişaf mərhələləri, onun ölkənin hüquq sistemində tutduğu yer barədə ətraflı məlumat verilib.

10 may 2025-ci il tarixdə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031