azturkxeber.az
http://azturkxeber.az

Rövşən Rzayev minifutbol turnirində komitəni təmsil edən komanda üzvləri ilə görüşüb

08-05-2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev minifutbol turnirində komitəni təmsil edən komanda üzvləri ilə görüşüb.

Ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına, gənc nəslin fiziki və mənəvi sağlamlığına dövlətimizin böyük qayğı göstərdiyi, bu qayğının məcburi köçkün gəncləri də əhatə etdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələr kimi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması zamanı da idman infrastrukturunun yaradılması, gənc nəslin fiziki və mənəvi sağlamlığının inkişafına diqqət ayrılır. Komanda üzvlərinə turnirdə fəal iştirakları və nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edilib, uğurlar arzulanıb.

Sonda xatirə şəkli çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031