Gəncədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev: “Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür” mövzusunda konfrans keçirilib
Gəncədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev: “Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür” mövzusunda konfrans keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi əsaslarının qurulmasında Konstitusiyanın roluna verdiyi əhəmiyyətini vurğulamaq və Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanmasını təşviq etməkdir.
Tədbirdən öncə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, xatirəsinə dərin ehtiram ifadə olunub, abidə önünə gül dəstələri düzülüb.