Gəncə şəhərində Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş konsert keçirilib
YAP Gəncə şəhər Təşkilatının və Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib.
Azturkxeber.az-ın məlumatına görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, sədr müavini Sədaqət Qəhrəmanova və digər əməkdaşlar iştirak edib.