azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib

08-05-2025

Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin davamı olaraq, qardaş ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində Türkiyə HDQ nümayəndələri Azərbaycan HDQ-nin strukturuna daxil olan müxtəlif hərbi hissələri, gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər. Bu ziyarət zamanı qonaqlara Azərbaycan HDQ-nin fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı hər iki tərəf arasında səmərəli fikir mübadiləsi aparılaraq hərbi dənizçilik sahəsində əldə olunmuş təcrübələrin qarşılıqlı şəkildə paylaşılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində razılıq əldə olunub.
Bu cür görüşlər iki dost və qardaş ölkənin HDQ arasında əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı anlaşma və etimadın dərinləşməsinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031