azturkxeber.az
http://azturkxeber.az

"Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru”

07-05-2025

Azərbaycanın bu günü üçün möhkəm təməl yarandı”.

“Ulu Öndərimizin siyasi varisi - cənab İlham Əliyev onun ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan əsgəri xalqın zəfər salnaməsini yazdı. Torpaqlarımızın işğaldan azad edilməsində illərin zəhməti var. Azərbaycan dövləti, cəmiyyətimiz, ordumuz bu gücə, qüdrətə dövlət rəhbərimizin fədakar əməyi, dərin zəkası, qətiyyətli addımları sayəsində nail olub”, - deyə YAP Veteranlar Şurasının üzvü əlavə edib.

M.Mərdanov söyləyib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri dayanır: “Heç vaxt unutmamalıyıq ki, bu nailiyyətlər böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun vaxtilə dediyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözləri bu gün gerçəkliyə çevrilib. Azərbaycan bu gün tam müstəqil, güclü dövlətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü tam bərpa edib. Hazırda Azərbaycan inkişafının yeni mərhələsini yaşayır. İnanırıq ki, ərazi bütövlüyü və suverenliyinini tam bərpa etmiş Azərbaycan bundan sonra da böyük nailiyyətlər qazanacaq”.

Vətən müharibəsi iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri, ərazi partiya təşkilatının sədri Amil Sefiyev çıxışında bildirib ki, minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, qeyri-adi, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünya xəritəsindən tamamilə silinmək təhlükəsi ilə də üzləşmişlər. Onun sözlərinə görə, Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili əyani şəkildə göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli bir missiyanın öhdəsindən mətin iradəli, geniş və qlobal dünyagörüşlü, ümumxalq dəstəyinə malik Ümummilli Lider Heydər Əliyev gələ bilərdi: “Heydər Əliyevin dövlət rəhbəri və lider kimi tarixi fəaliyyəti nəsillər üçün böyük bir məktəbdir. Onun dərin yaddaşı, iti məntiqi, mürəkkəb siyasi situasiyalarda qəti qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, analitik baxışı, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi hələ uzun müddət öyrəniləcək və bu barədə çox tədqiqatlar aparılacaq. Onun həyatı, tarixi fəaliyyəti və təcrübələri xalqımızın yalnız bu günü deyil, işıqlı sabahı üçün də perspektivlər açır və millətimizin gələcəyinə böyük nikbinlik yaradır”.

A.Sefiyev qeyd edib ki, Azərbaycan xalqı Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə daim faydalanacaq: “Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini və bu gününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan dövlətçilik yoludur. Dahi şəxsiyyətin siyasi irsi Azərbaycan xalqının milli sərvətidir. Sevindirici haldır ki, Vətənə sevgi, xalqa və dövlətə xidmət Ulu Öndərin sədrliyi ilə yaranmış, hazırda isə onun siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən və ölkədə ən geniş sosial bazaya malik olan siyasi partiya - Yeni Azərbaycan Partiyasının fəaliyyətində xüsusi yer tutur”.

A.Sefiyev vurğulayıb ki, Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik, o cümlədən çağdaş hərb tarixinin ən əzəmətli hadisəsidir: “Xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olacaq. İndi dünya Azərbaycan Ordusunun döyüş bacarığından, ruh yüksəkliyindən danışır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Yeni Azərbaycan Partiyasının üzvləri həm döyüş meydanında, həm də arxa cəbhədə, informasiya müharibəsində ən öndə gedənlərdən oldular. Fəxr edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi mən də 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuşam, cəbhənin bir çox istiqamətlərində ağır döyüş əməliyyatlarında iştirak etmişəm”.

A.Sefiyev deyib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilən siyasət hələ uzun illər müstəqil dövlətimizin daha da güclənməsinə, iqtisadi qüdrətinin artmasına, xalqımızın rifahının daha da yüksəlməsinə xidmət edəcək.

Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti yalnız Azərbaycanın dövlətçilik tarixində deyil, həm də milli irsimizdə, cəmiyyətimizin inkişafında dərin izlər buraxıb. Onun sözlərinə görə, Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan yalnız regionun ən güclü dövləti olaraq tanınmaqla qalmayıb, həm də dünya miqyasında öz yerini möhkəmləndirib: “Heydər Əliyevin siyasi irsi yalnız ölkəmizin inkişafına deyil, həm də Azərbaycan xalqının özünəinamının artmasına səbəb olub. Onun rəhbərliyi dövründə gənclərin inkişafı üçün atılan addımlar bu gün də öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycan gəncləri Heydər Əliyev ideyalarını, vətənpərvərlik, müstəqillik prinsiplərini rəhbər tuturlar. Vətən müharibəsində şəhid olan gənclərimiz öz qanları ilə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb, bu yolda canlarını fəda ediblər. Bu gün həmin gənclərin xatirəsi bizim üçün yalnız keçmişin deyil, gələcəyin də işığıdır”.

S.Qasımova qeyd edib ki, Azərbaycanın möhtəşəm Zəfərinin təməlində Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad iradəsi, qətiyyəti, dəmir yumruğu, xalqımızın sarsılmaz birliyi və rəşadətli ordumuzun misilsiz qəhrəmanlığı dayanır: “İndi Azərbaycan bayrağı Cıdır düzünün səmasında, Şuşa qalasında, Laçın qayalıqlarında, Zəngilanın meşələrində, Kəlbəcərin uca dağ zirvələrində, Xankəndi Universitetində əzəmətlə, qürurla, şərəflə dalğalanır”.

“Fəxr hissi ilə vurğulamalıyam ki, işğaldan azad olunmuş torpaqlarda yeni, ən müasir standartlara cavab verən şəhər və kəndlərin qurulmasında gənclər də fəal iştirak edirlər. Biz gənclər hər zaman Ulu Öndərin əziz xatirəsini dərin hörmətlə anırıq. Onun xatirəsi sadəcə bizim deyil, bizdən sonrakı gənc nəsillərin də yaddaşında əsrlər boyunca yaşayacaq. Ulu Öndər Heydər Əliyevin adı təkcə Azərbaycan tarixinə deyil, dünya tarixinə də əbədi həkk olunub”, - deyə YAP Gənclər Birliyinin sədr müavini vurğulayıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031