![]()
Narkomaniya ilə bağlı tədbir, təlim və müzakirələrdə illərdir hər dəfə eyni sözlər, eyni mesajlar və əsas da eyni sosial adamlar iştirak edir.
Ümumiyyətlə İnsanlar niyə buna qoşulur?
İlk qurşanan adamların sosial-mədəni statusu necə olub?
Hansı şəraitdə ilk dəfə istifadə edib? və s. bu kimi Narkomaniya ilə bağlı bir dənə də olsun sosioloji tədqiqat yoxdur.
Hələ ən mifoloji fikir də odur ki, insanlar idmanla məşğuı olanda narkomaniyaya risk azalır. Bəli idmanı hardasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır.
Məsələn, Sovet dövründə orta məktəblərdə normal oxumayanları çox hallarda idmana buraxmırdılar. Bunun da səbəbləri bəlli idi.
Yəni əsas risk qrupları asosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, Narko istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır.
Yani Narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə gördüyümüz kimi müsbət nəticə, effekt yoxdur, hətta əksidir.
Demək, nə etməliyik?
Təlim tədbirlərimizi zamana, mühitə görə dəyişməli və mübarizəni hamılıqla gücləndirməliyik. Çünki, indi böyütdüyümüz övladlarımıza təhlükəsizlik borcumuz var.
RSTD İctimai Birliyinin sədri, ekspert-araşdırmaçı Emil Maqalov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.