azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Hüquq Sisteminin Gözəl Nümunəsi – Səbinə xanım Əliyevanın Doğum Günüdür

07-05-2025

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevanın doğum günüdür.

Səbinə Yaşar qızı Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində ictimai-siyasi xadim, diplomat Yaşar Əliyevin ailəsində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış, 2000-ci ildə buranı bakalavr pilləsi üzrə, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil almışdır. 2016-cı ildə Beynəlxalq hüquq və insan hüquqları ixtisası üzrə dissertasiya işini müdafiə edərək hüquq elmləri üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.

Səbinə Əliyeva 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Ombudsman vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilmişdir.

Səbinə xanım Əliyeva hüquq elminə sadiq bir alim, vətənpərvər ziyalı və örnək şəxsiyyət olaraq, Azərbaycan hüquq sisteminin və insan hüquqlarının müdafiəsini ən yüksək səviyyədə təmin edən dəyərli bir nümayəndədir. Səbinə xanım Əliyeva həm hüquq elminə verdiyi böyük töhfələrlə, həm də vətəndaşların hüquqlarının qorunmasında göstərilən fədakarlıq və peşəkarlığı ilə xalqımızın hörmətini qazanmışdır.

İstər elmi fəaliyyətində, istər isə ictimai həyatda göstərdiyi nümunəvi davranışlarla Səbinə xanım, gənc və peşəkar hüquqşünaslara böyük nümunə olur və hər zaman ölkəmizin davamlı inkişafına öz vəsfi ilə töhfə verir.

Bu özəl gündə, Səbinə xanıma sağlamlıq, xoşbəxtlik və daha çox uğurlar arzu edirəm. Ona və ailəsinə gələcək həyatlarında yalnız müvəffəqiyyət və bərəkət diləyirəm!

Ad gününüz mübarək, Səbinə xanım!

Azturkxeber.az saytının təsisçi rəhbəri Sahilə Bayramlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031