azturkxeber.az
http://azturkxeber.az

Ağsu rayonunda uşaqların sevimlisi, yazıçı Gülzar İbrahimova İlə görüş keçirilib

07-05-2025

07 may 2025-ci il tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin Şəhər Mədəniyyət evində Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Prezident təqaüdçüsü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, H. Zərdabi mükafatçısı, uşaqların sevimli yazıçısı Gülzar İbrahimovanın oxucular ilə görüşü keçirilib.

Görüşdə Ağsu rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət işçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Ağsu rayonu üzrə nümayəndə) Orxan Ağayev qonaqları salamlayıb, uşaqların Gülzar nənə ilə görüşə böyük həvəslə hazırlaşdıqlarını bildirib.
Ağsu rayon ümumtəhsil məktəblərinin və Ağsu rayon Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Gülzar İbrahimovanın şeirləri, sözlərinə yazılan mahnılar səsləndirilib. “Zəfərlə qayıtdım, ana!” pyesi səhnələşdirilib.

Tədbir zamanı şagirdlərin iştirakı ilə Ümummilli liderimiz Heydər Əliyevin 102 illiyinə həsr olunan viktorina təşkil olunub.

Yazıçı müəllifi olduğu yeni kitablarını Ağsu rayon Mərkəzi Kitabxanasına hədiyyə edib. Həmçinin Nizami Məmmədovun və Sevda Məmmədəliyevanın regionlara hədiyyə olaraq göndərdiyi “Ekoloji sivilizasiyanın astanasında yaşıl enerjiyə keçid” adlı kitabı da kitabxanaya təqdim edib.
Sonda qalib olan müsabiqə iştirakçılarına diplom və hədiyyələr təqdim edilib və uşaqlar sevimli yazıçıları Gülzar İbrahimova ilə xatirə şəkilləri çəkdirib.

Mənbə Azturkxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031