Trampın zarafatı sərt tənqid olundu

ABŞ Prezidenti Donald Tramp Roma Papası qiyafəsində fotoşəklini paylaşdıqdan sonra katolik yepiskoplar tərəfindən sərt tənqidə məruz qalıb.
Azturkxeber.az BBC-yə istinadla xəbər verir ki, Nyu-Yordakı yepiskopları təmsil edən katolik konfransı Ağ Evin rəhbərini dini ələ salmaqda ittiham edib:
"Bu təsvirdə ağıllı və ya gülməli heç nə yoxdur, cənab prezident. Biz yenicə sevimli Papa Fransiski dəfn etmişik. Bizi lağa qoymayın" deyə o vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: