Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk aprelin 21-də ölümündən əvvəl Qəzzada xəstə uşaqların ehtiyaclarını ödəmək üçün “papamobil” kimi tanınan avtomobillərindən birini onlara bağışlayıb.
Fələstin məsələsində həssaslığı ilə tanınan Papa Fransiskin ölümündən əvvəl Qəzzada uşaqlara ianə etdiyi də ortaya çıxıb.
İtaliyanın “ANSA” xəbər agentliyinin məlumatına görə, Roma Papası Fransisk Katolik Kilsəsinin xeyriyyə təşkilatı “Caritas”dan Qəzzada uşaqların sağlamlıq ehtiyacları üçün adətən insanları salamlamaq üçün istifadə etdiyi "papamobil" maşınlarından birini istifadə etməsini istəyib.
Hesabatda sözügedən avtomobilin Yerusəlimdəki “Caritas” filialının xidmətinə verildiyi və “Caritas” İsveç bölməsinin dəstəyi ilə Qəzzada uşaqlara xidmət etmək üçün istifadə ediləcəyi ifadə edilib.
Avtomobil əsas səhiyyə xidmətlərini göstərməyə hazırdır. Sürücü və həkimdən ibarət nəqliyyat vasitəsində diaqnostika, müayinə və müalicə üçün lazımi avadanlıqlar, həmçinin infeksiyalara qarşı ekspress testlər, tikiş dəstləri, şprislər və iynələr olacaq.
Humanitar dəhliz yenidən açıldığı zaman avtomobil Qəzzada uşaqlara əsas sağlamlıq xidmətləri göstərməyə hazır olacaq.
Sözügedən avtomobilin Papa Fransiskin 2014-cü ildə İordaniya, Fələstin və İsrailə səfəri zamanı istifadə etdiyi "papamobil" olduğu bildirilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Vatikanda Papa Fransiskin Müqəddəs Taxt-Tacdan istefa verəcəyini istisna etmirlər
Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!