azturkxeber.az
http://azturkxeber.az

Ölkə ərazisində bəzi yerlərdə yağıntılar leysan xarakterlidir – FAKTİKİ HAVA

06-05-2025

Ölkə ərazisində bəzi yerlərdə yağıntılar leysan xarakterlidir – FAKTİKİ HAVA

Mayın 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Qaxda 54 (aylıq normanın 43 %-i), Zaqatalada 48 (aylıq normanın 38 %-i), Balakəndə 45 (aylıq normanın 36%-i), Bakıda və Abşeron yarımadasında 13 (aylıq normanın 66%-i), Gəncədə 12 (aylıq normanın 28 %-i), Gədəbəy, Daşkəsən, Cəlilabad, Lerik, Şəmkir, Yardımlı, Lənkəran, Astara, Ceyrançöl, Neftçala, Şahdağ, Şahbuz, Göygöl, Şəki, Oğuz, Şamaxı, Tərtər, Mingəçevir, Göyçay, Ağstafa, Naxçıvan, Şərur, Kürdəmir, Beyləqan, Biləsuvar, Ordubad və Sabirabadda 3-9 mm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Aran rayonlarında 15, Naxçıvan MR-da 9, dağlıq rayonlarda isə 7 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031