İsveçdə ərzaq məhsullarının qiymətlərinin artımı yavaşlayıb. Aprel ayında ümumi ərzaq qiymətləri mart ayı ilə müqayisədə cəmi 0,4 faiz artıb. Bu barədə İsveçdə ərzaq məhsullarının qiymətləri üzrə ən böyük tətbiq olan “Matpriskollen” məlumat yayıb.
azturkxeber.az xəbər verir ki, artım əsasən qəhvə və mal ətinin kəskin bahalaşması ilə bağlı olub, bu kateqoriyalar istisna olmaqla, demək olar ki, dəyişiklik müşahidə olunmayıb.
Qırx mindən çox məhsulun təhlili göstərib ki, məhsulların 21 faizinin qiyməti azalıb, eyni qədər də artıb. Süd məhsulları və çörəyin qiyməti nisbətən sabit qalıb və proqnozlara görə, yay aylarında bahalaşması gözlənilmir. İsveç kronunun möhkəmlənməsi də artımın qarşısını alır, çünki ərzağın təxminən yarısı idxal olunur.
Bununla belə, bəzi mağazalarda qəhvə 40 faizədək bahalaşıb və ehtimal edilir ki, bu səviyyədə qalacaq. Kakao və şokoladın qiyməti də artmaqda davam edir. Mal ətinin qiyməti isə heyvanların kəsiminin azalması və idxalın bahalaşması səbəbindən daha da yüksələ bilər.
2026-cı ildə qablaşdırmanın emalı üzrə yığımların artırılması ilə ərzaq məhsullarının qiymətlərinə əlavə 2 faiz artım gəlməsi gözlənilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsi 4,1 milyard dollar olub
Cari ilin ilk 9 ayında Azərbaycana gətirilən minik avtomobillərinin 30,2%-i ekoloji təmiz nəqliyyat vasitələri olub