Fransanın şimalındakı Rubaix şəhərində 3 min nəfərlik ibadət sahəsi olan və tikintisi təxminən 12 il davam edən Dəyanət İşləri Türk-İslam Birliyinə bağlı Eyüp Sultan məscidinin açılışı olub. Mərasimdə Birliyin Fransa üzrə rəhbəri Bayram Demirtaş İslam inancında məscidlərin Kəbənin bir qolu olaraq görüldüyünü açıqlayaraq bildirib ki, 3 min nəfərlik ibadət sahəsi olan və tikintisi təxminən 12 il davam edən məscid Osmanlı memarlığından ilhamlanaraq inşa edilib.
Məscidin hündürlüyü 23 metr olan 1 minarəsi, 15 metr hündürlüyündə 1 baş günbəzi və 7 kiçik günbəzi var. Məscidin mərmərləri Konyadan, qapıları Maraşdan gətirilib və tikintisində xüsusi Manisa yun xalçasından istifadə edilib.
Məsciddə İstanbuldan gətirilmiş 4 mərtəbəli 8 metrlik çilçıraq var və Memar Sinandan ilhamlanaraq ibadət yerini hörümçək və böcəklərdən uzaq tutmaq üçün çilçıraqda dəvəquşu yumurtalarından istifadə edilib.
Rubaix bələdiyyəsi məscidə gedən küçənin adını dəyişərək “İstanbul küçəsi” adlandırıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Türkiyə memarlığının şah əsərləri: Memar Sinanın tikdiyi 77 məscid
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Turistlərin heyran qaldığı Səlimiyyə məscidi
Tarix, təbiət və mədəniyyətin qovuşduğu şəhər Bursa
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB