azturkxeber.az
http://azturkxeber.az

ABŞ prezidenti : “Amerikada kino sənayesi çox sürətlə “ölür”

06-05-2025

IMG

ABŞ Prezidenti Ticarət Departamentinə və ABŞ-nın Ticarət Nümayəndəsinə ölkəyə gələn bütün xarici istehsalı olan filmlərə 100 faizlik rüsumların tətbiqi prosesinə başlamaq səlahiyyəti verib.O, “Truth” sosial media hesabında bildirib ki, Amerikada kino sənayesi çox sürətlə “ölür”.

Digər ölkələrin film istehsalçılarını və studiyalarını ABŞ-dan uzaqlaşdırmaq üçün hər cür təşviqi təklif etdiyinə diqqət çəkən Trampın sözlərinə görə, Hollivud və ABŞ daxilindəki bir çox bölgə sözün əsl mənasında viran qalıb.

Bunun digər ölkələrin düşünülmüş cəhdi olduğunu və buna görə də milli təhlükəsizliyə təhdid yaratdığını vurğulayan Tramp bütün bunlarla yanaşı, bunun həm də bir mesaj və təbliğat olduğunu qeyd edib.

"Buna görə də mən Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəsinə ölkəmizə gələn bütün xarici istehsallı filmlərə 100 faizlik tariflərin tətbiqi prosesinə dərhal başlamaq üçün icazə verirəm. Biz filmlərin yenidən Amerikada çəkilməsini istəyirik", -deyə Tramp bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031