Azərbaycan Kikboksinq Federasiyası bir gündə 550-dən çox kikboksçunun iştirakı ilə 3 yarışa start verir!
Azturkxeber.az-ın məlumatına görə, bu gün Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı Sumqayıtda, Kürdəmirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə və Bakı şəhərində isə 9 May Qələbə Gününə həsr olunmuş yarışlar keçiriləcək.
Yarışlar Sumqayıt Olimpiya və Kürdəmirdə Olimpiya Komplekslərində, Bakıda Şağan Olimpiya Komleksində baş tutacaq.
Ümumilikdə 550-dən çox kikboksçu iştirak edəcək. Yarışları Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər Kollegiyasının üzvlərindən ibarət 42 hakim idarə edəcək.