azturkxeber.az
http://azturkxeber.az

ASTF-nin baş katibi beynəlxalq tədbirdə iştirak edib

04-05-2025

Mayın 2-dən 4-dək Türkiyənin İstanbul şəhərində "Baxışları paylaşmaq, sabahı formalaşdırmaq" adlı beynəlxalq stolüstü tennis dialoqu keçirilib. Türkiyə Stolüstü Tennis Federasiyası tərəfindən təşkil olunan toplantıya 29 ölkənin nümayəndələri qatılıblar.

Azərbaycanı bu tədbirdə ASTF-nin baş katibi Könül Mikayılova təmsil edib. Açilış nitqi ilə iştirakçıları salamlayan Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç bu cür tədbirlərin federasiyalar arasında daha sıx əməkdaşlığa yol açdığını və stolüstü tennisin inkişafına təkan verdiyini vurğulayıb. Tədbir zamanı federasiya rəsmiləri tərəfindən gələcək planlar müzakirə edilib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031