azturkxeber.az
http://azturkxeber.az

Xalq artisti Fəxrəddin Manafov ARKA-nın Müşahidə Şurasına üzv təyin edilib

02-05-2025

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzv təyin olunub.

Azturkxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov Şuraya üzv təyin edilib.

Fəxrəddin Manafov 1955-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1975–1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Tələbəlik illərində tədris teatrında aktyor kimi çalışıb. 1977-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" və s. ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.
Uzun illər Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında da aktyor kimi fəaliyyət göstərən F.Manafov 1987-ci ildə “Əməkdar artist”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031