azturkxeber.az
http://azturkxeber.az

III MDB Oyunlarında açılış və bağlanış mərasiminin keçiriləcəyi arenada tikinti işləri davam edir

01-05-2025

Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirib.

Nazir burada aparılan təmir-bərpa işləri ilə tanış olub, işlərin hazırkı vəziyyəti və keyfiyyəti barədə ətraflı məlumat alıb.

Həmçinin III MDB Oyunlarında açılış və bağlanış mərasiminin keçiriləcəyi Gəncə şəhər stadionunda inşaat prosesi ilə tanışlıq olub. Tikinti sahəsinə baxış zamanı layihənin icra vəziyyəti, texniki göstəricilər və nəzərdə tutulan işlərin icra qrafiki müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031