azturkxeber.az
http://azturkxeber.az

AZPROMO və UKEF arasında memorandum imzalanıb

01-05-2025

Memorandum çərçivəsində işgüzar əlaqələrin inkişaf etdirilməsi və investisiya layihələrinin dəstəklənməsi stimullaşdırılacaq.

Londonda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (“UK Export Finance” – UKEF) arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və UKEF-in biznesin inkişafı üzrə qlobal rəhbəri Vomic Nur Şah imzalayıblar. Memorandum işgüzar əlaqələrin inkişaf etdirilməsi və investisiya layihələrinin dəstəklənməsi kimi istiqamətlərdə fəaliyyətlərin stimullaşdırılmasını nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031