azturkxeber.az
http://azturkxeber.az

Ankarada Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) təşkilatçılığı ilə Güclü Media" adlı beynəlxalq sammit keçirilib

01-05-2025

Ankarada Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) təşkilatçılığı ilə "Şüurlu Cəmiyyət üçün Güclü Media" adlı beynəlxalq sammit keçirilib.

Azərbaycan Respublikası Audiovizual Şurasını tədbirdə Aparat rəhbəri Fazil Novruzov təmsil edib.

Fazil Novruzov "Neqativ media məzmununun cəmiyyətə və sosial davranışa təsiri və alternativ həll təklifləri" adlı xüsusi panel sessiyada çıxış edib.

O, Azərbaycan mediasında mövcud olan neqativ informasiyanın səbəbləri, neqativ informasiyanın növlərindən sayılan dezinformasiya, saxta xəbərlər, şiddət və qorxu, ailə institunun nüfuzdan salan məzmun, uşaqlar üçün zərərli olan informasiya kimi təzahürlərə qarşı aparılan mübarizədən, bu mübarizə çərçivəsində Audiovizual Şuranın apardığı fəaliyyətdən danışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031