azturkxeber.az
http://azturkxeber.az

Pedaqoji Universitetdə Autizm maarifləndirmə ayı qeyd olunub

30-04-2025

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ikinci tədris binasında Məktəbəqədər təhsil fakültəsinin Xüsusi təhsil kafedrasının təşkilatçılığı ilə Ümumdünya Autizm maarifləndirmə ayına həsr olunan “Səninlə eyni dünya” adlı tədbir təşkil olunub.

Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələri, eləcə də autizmli uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbiri açan fakültə dekanı, pedaqogika üzrə elmlər doktoru, dosent Nailə Hüseynova Ümumdünya Autizm Maarifləndirmə Ayı haqqında ətraflı məlumat verərək, bu ayda bütün dünyada müxtəlif tədbirlərlə autizmli şəxslərə diqqət yönəldilməsi və onların cəmiyyətin tamhüquqlu üzvü kimi özlərini reallaşdırmalarına dəstək vermək məqsədi daşıdığını vurğulayıb.

Tədbirdə, həmçinin korreksiyaedici təlim ixtisasının tələbələri ilə autizmli gənclər və uşaqlar əyləncəli proqramla çıxış ediblər. Autizmli uşaqların valideynləri də öz növbələrində autizmlə bağlı müxtəlif maarifləndirici məlumatlar veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930