azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda "SuVar!" adlı ekoloji aksiyası keçirilib

30-04-2025

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "SuVar!" adlı növbəti ekoloji aksiyası keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Aksiyada müxtəlif dövlət qurumlarının nümayəndələri, ekokönüllülər, tələbələr və müxtəlif müəssisələrdə fəaliyyət göstərən könüllülər fəal iştirak ediblər. İştirakçılara sudan səmərəli və qənaətlə istifadə yolları, yaşıllıqların qorunması və genişləndirilməsinin əhəmiyyəti, eyni zamanda mütərəqqi suvarma sistemləri barədə ətraflı məlumat verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev çıxış edərək aksiyanın əhəmiyyətindən danışıb, ekoloji tarazlığın qorunmasının və su ehtiyatlarından səmərəli istifadənin bu günün deyil, gələcəyin də əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.
Sonra komandalara bölünən iştirakçılar Naxçıvan şəhərinin Çənlibel məhəlləsi və ətraf ərazilərində yerləşən yaşıllıq sahələrində ağacların suvarılması işlərinə başlayıblar. Eyni zamanda, iştirakçılar aksiya ərzində maarifləndirici broşürlər paylayaraq şəhər sakinlərini aksiyaya qoşulmağa, sudan səmərəli və qənaətlə istifadə etməyə və təbiətin mühafizə olunmasına təşviq ediblər.
Sonda aksiya iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930