azturkxeber.az
http://azturkxeber.az

Masallıda növbəti əmək yarmarkası keçirilib

30-04-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəra-Astara Regional Məşğulluq filialı tərəfindən Masallı rayonunda növbəti əmək yarmarkası keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, Lənkəran-Astara Regional Məşğulluq Filialının əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Masallı Olimpiya İdman kompleksində təşkil olunan əmək yarmarkasında Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 44 idarə, müəssisə, təşkilat və fərdi sahibkar iştirak edib. Yarmarkaya gələn işsiz və işaxtaran şəxslər işəgötürənlər tərəfindən təqdim edilən 400-ə yaxın vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalara müraciət edən şəxslərin anket məlumatları qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.

Qeyd edək ki, bu tədbir cari ildə regionda keçirilmiş dördüncü yarmarkadır. İlin sonuna qədər Lənkəran-Astara iqtisadi rayonunda daha üç yarmakanın keçirilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930