azturkxeber.az
http://azturkxeber.az

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyib

30-04-2025

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) qəbul qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu təşkil olunub.

DMX-in mətbuat xidmətindən verilən məlumata görə, qəbul xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən həyata keçirilib.

Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həllinə dair tapşırıqlar verib.

Qeyd edək ki, qəbul prosesində həmçinin dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində qalibi Şahlar Məmmədov da iştirak edib. Müsabiqə qalibinin xüsusi hazırlanmış proqram çərçivəsində silsilə tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930