azturkxeber.az
http://azturkxeber.az

Almaniyada ifrat sağçı AfD-nin reytinqi artmaqdadır

30-04-2025

Almaniyada ifrat sağçı AfD-nin reytinqi artmaqdadır

Almaniyada “Forsa” institutunun sonuncu ictimai rəy sorğusunun nəticələri ifrat sağçı Almaniya üçün Alternativ partiyasının (AfD) reytinqinin yüksəlişinin davam etdiyini göstərib.

Sorğuya əsasən AfD 26 faiz səslə ilk dəfə Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialistlər İttifaqı (CSU) blokunu geridə qoyub. Hazırda CDU/CSU birliyi 24 faiz göstərici ilə ikinci sıradadır.

Bu nəticə CDU-nun sədri Fridrix Mertsin gələcək kanslerlik ambisiyalarına ciddi zərbə kimi qiymətləndirilir. Partiya yeni kabinet üzvlərini təqdim etməsinə və ictimaiyyətdən dəstək gözləməsinə baxmayaraq, AfD-nin sabit reytinqi və son həftələrdə artan dəstəyi onun planlarına kölgə salır.

Sosial Demokratlar Partiyası (SPD) və Yaşıllar Partiyası da reytinq itkiləri ilə üzləşib. SPD 14 faiz (−1), Yaşıllar isə 12 faiz (+1) göstəriciyə malikdir. Sol Partiya 10 faizlə (+1) vəziyyətini bir qədər yaxşılaşdırsa da, Liberal Demokratlar Partiyası (FDP) və Sahra Vaqenknext İttifaqı (BSW) 5 faizlik keçid baryerini aşa bilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930