azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın təklifləri əsasında həyata keçirilən dəyişiklik

29-04-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının artırılmasına münasibət bildirib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsmanın 2024-cü il üzrə məruzəsində təklif olaraq yer alıb:

Ombudsman bildirib ki, bu gün mediadan da hamıya məlum olduğu kimi, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərara dəyişiklik edilib. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən dövlət hesabına ödənilən hüquqi yardım məbləği 6 manatdan 11 manata yüksəldilib.
Diqqətinizə çatdırım ki, bu təşəbbüs Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində təklif olaraq yer alıb.
Belə ki, Ombudsman illik məruzədə yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmini məqsədilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı Qərarının 1-ci bəndində göstərilən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən məbləğin (6 manat) artırılması, habelə həmin Qərarın 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş (0,35 manat) məbləğə yenidən baxılmasını" təklif edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930