azturkxeber.az
http://azturkxeber.az

Mill Məclisdə görüş

29-04-2025

Aprelin 29-da Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb.

Qonaqları salamlayan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov İtaliya və Azərbaycan arasında iqtisadi, mədəni və siyasi sahələrdə yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O, parlamentlərarası əlaqələrin iki ölkə arasında iqtisadi və siyasi dialoqun inkişafına müsbət təsir göstərdiyini bildirib. Əli Əhmədov İtaliyaya Azərbaycan neft və qazının ixracını iki ölkə arasında etibarlı tərəfdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. O, həmçinin Azərbaycan ərazilərinin 30 il müddətində işğalda olduğu dövrdə İtaliyanın ölkəmizə göstərdiyi dəstəyi xüsusi qeyd edib.
Öz növbəsində, İtaliya Deputatlar Palatasının Ətraf mühit, ərazi və ictimai işlər komitəsinin üzvü Salvatore Kayata nümayəndə heyəti adından göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, İtaliya və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. Salvatore Kayata İtaliya və Azərbaycan arasında inşaat sektorunda gələcək əməkdaşlıq perspektivlərinə toxunaraq, bu sahədə birgə layihələrin hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyini bildirib.
Görüşün sonunda tərəflər Azərbaycan-İtaliya münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə və qarşılıqlı əməkdaşlığın yeni perspektivlər qazanacağına dair ümidlərini ifadə ediblər.
Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930