azturkxeber.az
http://azturkxeber.az

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər

29-04-2025

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) inzibati binasını ziyarət ediblər.

TMİF-in prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi qurum tərəfindən türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Leyla Əliyeva Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-in atdığı addımları yüksək qiymətləndirib və həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakının daha da artırılmasının vacibliyini vurğulayıb.

TMİF-in muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən digər eksponatlarla tanış olan Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.

Yekunda Leyla Əliyeva TMİF-in xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Fondun fəaliyyət istiqamətlərinə türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərin icrası, dəstəklənməsi daxildir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaları üzv, Macarıstan isə müşahidəçi dövlət qismində TMİF-in fəaliyyətində iştirak edir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930