azturkxeber.az
http://azturkxeber.az

Dildə, Fikirdə və İşdə Birlik: Türk Dünyasının Gələcəyi Paneli

29-04-2025


Türkiyə Respublikasının Perzident Aparatının Əlaqələr İdarəsi bütün türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə ortaq ideya, ortaq ideal, ortaq gələcək və ortaq fəaliyyət şüurunun müzakirə olunacağı panel proqramı təşkil edəcək.

Azturkxeber.az xəbər verir ki, proqramın 3 May Türkçülük Günündə Bakıda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilməsi planlaşdırılır.

Bu mühüm tarixdən çıxış edərək, tədbirin başlığı kimi türk ziyalısı İsmayıl Qaspıralının Türk dünyasının ortaq kimliyini qurma yolunda vurğuladığı “Dildə, fikirdə, işdə birlik” şüarı işlədilib. Türk xalqlarını bir araya gətirmək üçün ilk dəfə 1926-cı ildə bütün türk toplumlarının nümayəndələrinin qatıldığı Türkologiya Qurultayının Bakıda keçirilməsi də rəmzi məna daşıyır.

Tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrdən çıxış edənlər; Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının nümayəndələrinin iştirakı gözlənilir.

Paneldən əvvəl vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və media nümayəndələri ilə iki ayrı dəyirmi masa görüşü keçiriləcək.

Bundan əlavə, panel proqramı çərçivəsində Azərbaycanı dünya səhnəsində təmsil edəcək ən gənc qadın orkestr dirijoru, pianoçu Turan Manafzadənin də konsert verməsi planlaşdırılır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930