Cənubi Koreyanın Tequ şəhəri yaxınlığında Hamci dağında aprelin 28-də başlayan meşə yanğını nəzarət altına alınıb.
23 saatlıq əməliyyatdan sonra yanğını nəzarət altına almaq mümkün olub. Yanğın 260 hektar sahəyə ziyan vurub. Yanğınla mübarizəyə 1515 nəfər şəxsi heyət, 400 texnika, 2 helikopter cəlb olunub.
Səlahiyyətli qurumlar güclü küləyin yanğını daha çox əraziyə yayması ehtimalını əsas götürərək ən yuxarı səviyyədə təhlükə xəbərdarlığı elan edib. Təbii fəlakət zonasından 2 mindən çox sakin təxliyə edilib. Yanğın nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Yanğın təhlükəsinə görə bağlanan magistral yolda hərəkət bərpa edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib