azturkxeber.az
http://azturkxeber.az

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Bədii Şuranın növbəti iclası keçirilib

29-04-2025

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Bədii Şuranın növbəti iclası keçirilib.

Toplantıda efir məzmununun keyfiyyətinin yüksəldilməsi və peşəkarlıq standartlarının qorunması ilə bağlı bir sıra məsələlər müzakirə olunub. AzTV QSC-nin sədri Rövşən Məmmədov efirdə dil normalarına riayət olunması, aparıcıların danışıq üslubu və etik davranış qaydalarına əməl edilməsi və gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışıb. Müzakirə zamanı diktor və aparıcıların peşəkarlıq səviyyəsinin artırılması, onların düzgün nitq və təqdimat bacarıqlarının inkişaf etdirilməsi önə çəkilib.

Eyni zamanda, gənclərin televiziyaya marağının artırılması məqsədilə yeni layihələrin hazırlanması, maarifləndirici proqramların sayının artırılması, eləcə də gənc auditoriyanı cəlb edəcək innovativ formatların işlənməsi ilə bağlı təkliflər irəli sürülüb.

Bədii Şura üzvləri yayımlanan müxtəlif mövzulu proqramların keyfiyyəti barədə öz təklif və iradlarını bildiriblər. İclasda qaldırılan bütün məsələlərin gələcəkdə efir məzmununun təkmilləşdirilməsi və televiziya məhsullarının cəmiyyət üçün daha faydalı hala gətirilməsi baxımından vacib olduğu vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930