azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan komandaları Lefkoşada keçirilən TECHNOFEST-2025 Festivalının finalında iştirak edəcək

29-04-2025

Azərbaycan komandaları Lefkoşada keçirilən TECHNOFEST-2025 Festivalının finalında iştirak edəcək

Mayın 1-dən 4-dək Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşadakı “Ercan” Beynəlxalq Hava Limanında keçiriləcək Aviasiya, Kosmonavtika və Texnologiya Festivalında (TECHNOFEST-2025) Azərbaycan da daxil olmaqla 22 ölkənin komandaları iştirak edəcək.

Populyar festivalın təşkilatçıları 47 mindən çox müraciətin təsdiqləndiyini elan ediblər. Eyni zamanda 6 ölkədən (Azərbaycan, Əfqanıstan, Türkiyə, İndoneziya, ŞKTC və Pakistan) 268 komanda və 1083 fərdi iştirakçı altı əsas kateqoriya üzrə yarışın final mərhələsinə keçib.

T3 Fondunun İdarə Heyətinin sədri Elvan Kuzucu Hıdır TECHNOFEST festivalının Türkiyənin dost və qardaş ölkələrlə əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni vurğulayıb.

O xatırladıb ki, 2022-ci ildə TECHNOFEST ilk dəfə Türkiyədən kənarda - qardaş Azərbaycanda keçirilib.

“Sevindirici haldır ki, Azərbaycandan sonra biz festivalı ŞKTC-də təşkil edirik. Bütün bunlar gənclərin elm və texnologiya sahəsində beynəlxalq əlaqələrinin formalaşması üçün mühüm strategiyanın tərkib hissəsidir”, - deyə o, dost dövlətlərlə, xüsusən də Türk dünyası ilə əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930