Avarçəkmə üzrə “Prezident Kuboku-2025”in püşkatması olub




Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının püşkatma mərasimi baş tutub.
Püşkatma yerli və xarici hakimlərin, eyni zamanda komandaların nümayəndələrinin iştirakı ilə keçirilib. Burada “Prezident Kuboku-2025”də mübarizə aparan idmançıların yaş qruplarına və avarçəkmə qayıqlarının növlərinə əsasən müxtəlif kateqoriyalarda yarış proqramı müəyyənləşib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: