ABŞ-ın “Atlas V” raketi “Amazon” şirkətinin internet peyklərinin ilk qrupunu orbitə çıxarıb.
Daşıyıcı raket ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:01-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnunda yerləşən bazasından start götürüb.
“Kuiper” layihəsi çərçivəsində 27 peykdən ibarət partiya təxminən 18 dəqiqə sonra raketin ikinci pilləsindən ayrılaraq təyin edilən orbitə daxil olub. Şirkətin iki sınaq peyki – “KuiperSat-1” və “KuiperSat-2” hələ 2023-cü ildə orbitə çıxarılmışdı.
“Amazon” şirkətinin qlobal internet qruplaşması 2027-2028-ci illərdə 3236 peykdən ibarət olacaq. “Kuiper” layihəsi artıq orbitdə 7200-dən çox internet peyki olan “SpaceX” kompaniyasının “Starlink” layihəsinin birbaşa rəqibidir.
“Amazon”un məlumatına görə, layihənin ümumi dəyəri 10 milyard dollardan çoxdur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Yeni rekord: Bir sutkadan az müddətdə kosmosa 6 müxtəlif raket buraxılıb
“SpaceX” kompaniyası daha 21 internet peykini orbitə çıxarıb