azturkxeber.az
http://azturkxeber.az

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının onlayn iclası keçirilib

28-04-2025


Aprelin 28-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatları” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.

İclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, TÜRKPA- nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev təmsil edib. O, çıxışında TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatlarının dövlətlə vətəndaş arasında körpü rolunu oynayaraq hüquq və ədalətin təmininə xidmət etdiyini bildirib, Azərbaycanda Ombudsman təsisatının fəaliyyəti barədə danışıb.

Daha sonra komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış “TÜRKPA-ya üzv dövlətlərdə yaşayış icazələrinin asanlaşdırılması haqqında”, “Əqli mülkiyyət hüquqlarının müdafiəsi haqqında” model qanun layihələri müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930