Hamburqda keçirilən ənənəvi marafona 40 minə yaxın iştirakçı qatılıb
Almaniyanın Hamburq şəhərində 39-cu dəfə təşkil olunan marafona 40 minə yaxın iştirakçı qatılıb.
Dünyanın ən böyük altıncı marafonu olan bu yarışda keniyalı atlet Amos Kipruto yeni rekordla qalib gəlib. Otuz iki yaşlı atlet 2 saat 3 dəqiqə 46 saniyəlik nəticə ilə finişə birinci çataraq, əvvəlki rekordunu 23 saniyə yaxşıladırıb. Sonrakı iki yeri də keniyalı atletlər tutublar.
Qadınlar arasında isə efiyopiyalı Vorkeneş Edesa 2 saat 17 dəqiqə 55 saniyə nəticə ilə birinci olub. Favoritlərdən sayılan braziliyalı atlet, dünya rekordunun keçmiş sahibi Bricid Kosgei isə ikinci yeri tutub (2:18:26).
Bu yarışda daha bir neçə tanınmış idmançı uğur qazana bilməyib. Yarımmarafon üzrə Avropa çempionu, norveçli Karoline Qrovdal startda uğursuz olub və 25-ci kilometrdən sonra yarışı tərk edib. Almaniya tarixində ən sürətli üçüncü marafonçu olan Rixard Ringer yeddinci yeri tutub.