azturkxeber.az
http://azturkxeber.az

DSMF beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

28-04-2025

DSMF beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Krallığın “Pan Finance” beynəlxalq maliyyə və biznes analizi platformasının “Pan Finance Awards 2025” beynəlxalq müsabiqəsində iki kateqoriya üzrə qaliblər sırasına daxil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fond müsabiqənin “Avrasiya regionu üzrə 2025-ci ilin Pensiya Xidmətləri İnnovatoru” ali mükafatına və Avrasiya regionu üzrə Sosial İnklüzivlik və Rəqəmsal Rifah sahəsində Mükəmməllik Mükafatına layiq görülüb.

Müsabiqədə DSMF ilə yanaşı, ABŞ, İsveçrə, Braziliya, Səudiyyə Ərəbistanı, BƏƏ, Birləşmiş Krallıq və digər ölkələri təmsil edən sığorta və investisiya qurumları, pensiya fondları təmsil olunub.

Qeyd edək ki, dünya üzrə 150 ölkədən 200 mindən çox izləyiciyə malik qlobal maliyyə və analitik təhlil platforması olan “Pan Finance” platforması Avropa, Yaxın Şərq, Afrika, Latın Amerikası, Şimali Amerika və Asiya regionları üzrə geniş şəbəkədə fəaliyyət göstərir. Həmin platforma maliyyə institutları, investorlar və dövlət qurumları üçün qlobal bazarlar üzrə aydın və dolğun informasiya təmin etməklə yanaşı, xüsusi analitik hesabatların hazırlanması və maliyyə dünyasındakı yeniliklərin təşviqi ilə məşğuldur.

Bununla, DSMF 2021-ci ildən bəri ötən dövrdə 66, o cümlədən bu il 12 beynəlxalq mükafat qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930