azturkxeber.az
http://azturkxeber.az

Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Zərifə Əliyevanı yad etdilər

28-04-2025

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümüdür.

Azturkxeber.az xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elmi tarixinin mühüm bir mərhələsini təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Onun elmi irsi xalqın qürur mənbəyi olub, xatirəsi hər zaman hörmətlə anılacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930