azturkxeber.az
http://azturkxeber.az

BVF-nın Dövlət Maliyyə Statistikası üzrə missiyasının Azərbaycana səfəri başlayıb

28-04-2025


Aprelin 28-də Beynəxalq Valyuta Fondunun (BVF) Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə Regional İnkişafa Dəstək Mərkəzinin (CCAMTAC) Dövlət Maliyyə Statistikası üzrə Təlimatın 2014-cü il (Government Finance Statistics Manual 2014 – GFSM2014) nəşrinin prinsiplərinə uyğun qaydada tərtib edilməsi üzrə texniki dəstək missiyasının Azərbaycana səfəri başlayıb.

Mayın 2-dək davam edəcək missiya zamanı dövlət təsisatları üzrə maliyyə əməliyyatlarının, balans məlumatlarının mərhələli şəkildə hesabatlara daxil edilməsi, bununla da dövlətin maliyyə vəziyyəti ilə bağlı daha əhatəli hesabatın hazırlanması əsas müzakirə mövzularını təşkil edəcək.

Səfər çərçivəsində Maliyyə Nazirliyi ilə yanaşı, Mərkəzi Bank, Qarabağ Dirçəliş Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu və Sosial Xidmətlər üzrə Dövlət Agentliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd olunan hesabatların müvafiq təlimatın prinsiplərinə uyğun qaydada tərtib edilməsi üçün qurumlar arasında koordinasiyalı işin təşkili və potensialın artırılması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar BVF tərəfindən hər il aidiyyəti qurumların iştirakı ilə texniki yardım missiyaları təşkil edilir. Missiyalar çərçivəsində hesabatların tərtibinə dair problemlər araşdırılır, onların aradan qaldırılması, eləcə də məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930