azturkxeber.az
http://azturkxeber.az

Bahar Muradova: İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalıyıq

28-04-2025

Bahar Muradova: İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalıyıq

Bu gün dünyada dövlətlərin fəaliyyət gündəliklərinin əsas prioritetlərindən biri əməkçi insanların, o cümlədən ailələrin sosial rifahını möhkəmləndirilmək, qadınların və uşaqların hüquqlarını qorumaq, hər kəsə bərabər imkanlar və bərabər fürsətlər yaratmaqdır. Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb. İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalıyıq.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda Böyük Qayıdış prosesi çərçivəsində yeni çağırışlar meydana çıxır: "İnsanların ağıllı kənddə yaşamağa alışması üçün addımlar atmalıyıq. Bunun üçün yeni layihələr reallaşdırılmalıdır. Qarabağda yaşayan ailələrin, bərpa və minatəmizləmədə iştirak edən insanların hüquqlarının qorunması da kollektiv müqaviləyə daxil edilməlidir. Qarabağa qayıdan ailələrin, vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi, layiqli və təhlükəsiz iş şəraiti ilə təmin olunması vacib məsələ kimi diqqətdə saxlanılmalıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930