azturkxeber.az
http://azturkxeber.az

Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

28-04-2025

Aprel ayının 28-də görkəmli alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək ehtiramlarını bildirmişlər.

Dövlət Sərhəd Xidməti Aparatında davam edən tədbirdə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunmuşdur.

Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, humanist şəxsiyyəti və zəngin elmi irsindən bəhs etmiş, onun oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərin bu gün də ölkəmizdə səhiyyə sahəsinin inkişafına böyük töhfə verdiyini vurğulamışlar. Qeyd olunmuşdur ki, Zərifə Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, həm də insani keyfiyyətləri ilə daim yüksək hörmət qazanmışdır.

Çıxışlar zamanı Zərifə Əliyevanın parlaq xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağı, zəngin irsinin gələcək nəsillər üçün nümunə olduğu xüsusi qeyd edilmişdir.

Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş “Elegiya” sənədli filmi nümayiş etdirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930