azturkxeber.az
http://azturkxeber.az

Zelenski və Tramp Romada görüşdülər

26-04-2025

Aprelin 26-da Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub.

Azturkxeber.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ofisindən məlumat verilib.

Tramp və Zelenski Vatikanda Papa Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, iki ölkə lideri uzun sürən xəstəlikdən sonra aprelin 21-də 88 yaşında vəfat edən Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gəliblər.

Həmçinin bildirilir ki, Donald Trampın Volodimir Zelenski ilə görüşdən əlavə, İtaliyanın Baş naziri Corciya Meloni ilə də danışıqları planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930