Milli Məclisin deputatı, Fəzail İbrahimli növbəti vətəndaş qəbulunu keçirib
Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Fəzail İbrahimli 26 aprel tarixində Masallı rayonunda növbəti vətəndaş qəbulunu keçirib.
Qəbulda Masallı şəhərinin inzibati ərazi dairəsinə daxil olan İsgəndərli, Diyə, Dadva, Seybətin və Kosakül massivlərinin əhalisi iştirak edirdilər. Görüşdə sakinlərin müxtəlif məsələlərlə bağlı təklif, şikayət və müraciətləri dinlənildi. Bir sıra məsələlər yerində həll edildi.
Digər məsələlərin həlli ilə bağlı qanunvericiliyə uyğun olaraq aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı və müraciətlərin həlli istiqamətində qanunvericilik çərcivəsində lazımi addımların atılacağı vətəndaşların nəzərinə çatdırıldı.