azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

25-04-2025

Stolüstü tennisçi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatını qazanıb.
Qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələrlə növbəti mərhələyə lider kimi adlayan Onur, 1/16 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2-3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalına layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930